“Biz şəhərdə idik, amma bizi çağırmadılar” - İran Ekspertlər Şurasının üzvü ayətullah Möhsün Heydəri yeni ali liderin seçilməsi ilə bağlı qalmaqallı detal açıqlayıb.
1xeber.media-nın məlumatına görə,İran dövlət televiziyasında çıxış edən Heydəri bildirib ki, Şuranın bəzi üzvləri iclasın keçirildiyi Qum şəhərində olsalar da, onlara dəvət göndərilməyib və səsvermədə iştirak edə bilməyiblər.
Onun sözlərinə görə, buna baxmayaraq formal kvorum təmin olunub. Heydəri qeyd edib ki, 88 üzvdən üçdə ikidən çoxu iclasda iştirak edib və Müctəba Xameneyi iştirak edənlərin təxminən 85 faizinin səsini alıb.
Lakin müxalif mənbələr iddia edir ki, proses SEPAH-ın təzyiqi altında keçirilib və səsvermə tam şəffaf olmayıb.
Bildirilir ki, Şuranın bir sıra üzvləri hakimiyyətin faktiki olaraq irsi şəkildə ötürülməsinə qarşı çıxıblar. Onların fikrincə, bu addım İran teokratiyasının ənənələrinə ziddir.

















