ABŞ prezidenti Donald Tramp həlak olmuş amerikalı hərbçilərin nəşini daşıyan təyyarəni şəxsən qarşılayıb.
1xeber.media xəbər verir ki,ABŞ prezidenti Donald Tramp xidməti vəzifəsini yerinə yetirərkən yanacaqdolduran təyyarənin qəzaya uğraması nəticəsində həlak olan altı hərbçinin nəşinin təntənəli təhvil verilməsi mərasimində iştirak edib.
Prezident həlak olanların ailələrinə başsağlığı verib və onların millət naminə fədakarlığının unudulmayacağını vurğulayıb.




















