Mərkəzi Bankın məlumatlarına görə, 2024-cü il noyabr ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 28 milyard 779,2 milyon manat təşkil edib ki, onun da 24 milyard 154,4 milyon manatı uzunmüddətli kreditlər olub.
1xeber.media Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 1,7 faizini təşkil edib.
Məlumata görə, əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2024-cü il noyabr ayının 1-nə 14266,0 milyon manat olub.
Qeyd edilib ki, 2024-cü ilin yanvar-noyabr aylarında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 manata, 1 Avroya – 1,85 manata, 100 Türk lirəsinə – 5,21 manata, 100 Rusiya rubluna – 1,86 manata bərabər olub.