Ufa (Başqırdıstan) PUA hücumu altındadır - neft emalı zavodu yanır.
1xeber.media xəbər verir ki,Rusiyanın monitorinq Telegram kanalları dron hücumu barədə məlumat yayıb.
Ukraynanın monitorinq resurslarının məlumatına görə, zərbə məhz neft emalı zavoduna endirilib.
Yayılan görüntülərə əsasən, hücum zamanı çoxmərtəbəli yaşayış binası da zədələnib - orada yanğın baş verib.
“Shot” adlı təbliğat resursu yazır ki, ilkin məlumata görə, binaya dron qalıqları düşüb.
Hazırda hadisə ilə bağlı rəsmi açıqlama yoxdur.

















