Rusiyanın xarici işlər naziri Sergey Lavrov iordaniyalı həmkarı Ayman Safadi ilə telefonla Suriyadakı vəziyyəti müzakirə edib.
1xeber.media xəbər verir ki, bu barədə dekabrın 18-də Rusiya Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.“Səfadi ərəb dünyası dövlətlərinin və Rusiya Federasiyasının mövqelərinin yaxınlığını yüksək qiymətləndirib və bu, istisnasız olaraq bütün suriyalıların qanuni hüquqlarının, qeyd-şərtsiz hörmətin təmin edilməsi əsasında Suriyada vəziyyətin tezliklə normallaşmasının tərəfdarıdır.
Suriya Ərəb Respublikasının suverenliyi, ərazi bütövlüyü və birliyi naminə”, - bəyanatda deyilir.Eyni zamanda, nazirlər Suriyada bütün qüvvələrin iştirakı və BMT Təhlükəsizlik Şurasının qətnaməsində əksini tapmış prinsiplər əsasında təcili olaraq milli dialoqun başlanmasının zəruriliyinə işarə ediblər.