Əli Xameneyinin öldürülməsindən sonra İranda hakimiyyət mötədil qüvvələrin deyil, daha ekstremist xətt tərəfdarlarının əlinə keçib.
1xeber.media-nın məlumatına görə,“The Wall Street Journal” nəşri bu vəziyyətdən narahatlığını ifadə edərək qeyd edir ki, hazırda sistemə rəhbərlik edən Müctəba Xameneyinin dövründə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) dominantlığı daha da artıb. Müharibə kompromis variantları açmaq əvəzinə, İrandakı radikal fraksiyaları daha da gücləndirib.
ABŞ-ın işgüzar nəşri İranın yeni liderləri haqqında bunları yazır:
Bu liderlər ölkə daxilində fərqli düşünənləri əzərək daha repressiv, xaricdə isə diplomatiyaya maraq göstərməyərək daha aqressiv davranmağa başlayıblar.
Yeni rəhbərliyin Əhməd Vahidi və Məhəmməd Baqer Zolqədr kimi əsas simaları keçmişdə zorakı fəaliyyətləri və qətiyyətli anti-Qərb baxışları ilə seçilən şəxslərdir.

















