Çin son bir ildə nüvə başlıqlarının sayını təxminən 100 ədəd artıraraq nüvə imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib.
1xeber.media xəbər verir ki, bu barədə çərşənbə günü, dekabrın 18-də ABŞ Müdafiə Nazirliyinin saytında dərc olunmuş hesabatda deyilir.Sənəddə deyilir: “Çin Xalq Respublikasında 2024-cü ilin ortalarına olan məlumata görə, 600-dən çox operativ nüvə başlığı var ki, bu da əvvəlki illə müqayisədə təxminən 100 artım deməkdir”.
Pentaqonun fikrincə, 2030-cu ilə qədər Pekində 1000-dən çox nüvə başlığı olacaq və onların sayı 2035-ci ilə qədər sürətlə artacaq.