Ticarət məlumatlarına əsasən, Brent markalı neftin qiyməti bir barel üçün 112 dolları ötüb.
1xeber.media xəbər verir ki, ABŞ-da Qərbi Texas Aralıq (WTI) markalı neftin qiyməti isə eyni vaxtda 101 dollar səviyyəsini keçib.
Daha əvvəl Goldman Sachs bankı proqnoz vermişdi ki, Brent neftinin qiyməti 120 dollara qədər yüksələ bilər.
















