Ukrayna ordusuna məxsus pilotsuz təyyarə Qazaxıstanın Aktobe bölgəsinə, Orskla sərhəd yaxınlığına düşüb.
1xeber.media xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yyaıb.
Yerli sakinlər sərhəddə yerləşən Alimbetovka kəndi yaxınlığında dronun düşmə anını gördüklərini bildiriblər. Onlar yerli vaxtla səhər saat 8:30 (Bakı vaxtı ilə 7:30) radələrində PUA-nın səsini eşidiblər.
Qeyd olunub ki, Qazaxıstan hüquq-mühafizə orqanlarının əməkdaşları artıq hadisə yerinə gəliblər.

















