1xeber.media xəbər verir ki, Slovakiyanın baş naziri Robert Fiko bildirib ki, Vladimir Zelenski Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləmək üçün Brüsseldə danışıqlar zamanı ona Rusiya aktivlərindən 500 milyon avro təklif edib.
“Cənab prezident danışıqlar zamanı məndən Ukraynanın NATO-ya üzvlüyünə səs verib-verməyəcəyimi soruşdu, təbii ki, ona dedim ki, heç vaxt. ”, - deyə baş nazir jurnalistlərə bildirib.
Fiko Ukraynanın NATO-ya üzv olmaq üçün dəvət almasını “tamamilə qeyri-real” hesab edir. Slovakiyanın baş naziri dəfələrlə bəyan edib ki, o, heç vaxt Ukraynanın alyansa daxil olmasını dəstəkləməyəcək.