Rusiya prezidenti Vladimir Putin dost olmayan ölkələrin liderlərini Yeni il münasibətilə təbrik etməkdən imtina edib.
1xeber.media xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.“Putin ənənəvi olaraq xarici liderləri Yeni il münasibətilə təbrik edəcək, amma dost olmayan ölkələrdən deyil.
Bundan əvvəl Peskov Slovakiyanın baş naziri Robert Fikonun Moskvaya səfər planlarından danışıb. Onun sözlərinə görə, Kreml Fikonun həqiqətən dekabrın 23-də Rusiya paytaxtına səfər edə biləcəyini vaxtında şərh edəcək və bu məsələdə səbirli olmağa çağıracaq.