Rusiya prezidenti Vladimir Putin və Slovakiyanın baş naziri Robert Fiko enerji məsələlərini və dövlətlər arasında ikitərəfli münasibətləri müzakirə ediblər.
1xeber.media TASS -a istinadən xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.“Biz həmçinin enerji məsələləri, qaz məsələləri haqqında danışdıq, kifayət qədər ətraflı söhbət oldu.
Biz həmçinin Slovakiyanın əvvəlki hakimiyyət orqanlarının hərəkətləri ucbatından xeyli zərər çəkən ikitərəfli münasibətlərdən danışa bildik”, - Kreml nümayəndəsi qeyd edib. .Eyni zamanda, Peskov əlavə edib ki, Putin və Fico arasında Ukrayna ətrafındakı vəziyyətlə bağlı da söhbət olub. Onun sözlərinə görə, Rusiya lideri Slovakiya hökumətinin başçısına döyüş meydanındakı vəziyyətlə bağlı fikirlərini çatdırıb.