İsrail Müdafiə Qüvvələrinin (IDF) Yəmənin Səna Beynəlxalq Hava Limanına endirdiyi hava zərbəsi nəticəsində 3 nəfər ölüb, 11 nəfər yaralanıb, o cümlədən Birləşmiş Millətlər Təşkilatına aid təyyarənin kapitanı.
1xeber.media xəbər verir ki, bu barədə ərəb telekanalı Al Mayadeen məlumat yayıb.
“İsrailin hava limanında təcavüzündən sonra BMT təyyarəsinin kapitan köməkçisi yaralanıb və iki hava limanının əməkdaşı həlak olub”, - Teleqram media kanalında deyilir.
Telekanalın məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) direktoru Tedros Qebreyesus İsrailin hava hücumu zamanı hava limanında olub.