Şotlandiyalı siyasi fəal, Böyük Britaniyanın Özbəkistandakı keçmiş səfiri Kreyq Mürrey bildirib ki, ukraynalıların böyük hissəsi Rusiya ilə sülhün əldə olunmasını istəyir. Onun sözlərinə görə, bunu ictimai rəy sorğularının nəticələri də təsdiqləyir.
1xeber.media xəbər verir ki, Mürrey bu barədə sosial şəbəkə X-də paylaşım edib.
Fəalın fikrincə, Ukrayna hakimiyyəti əhalinin böyük əksəriyyətinin istəyini nəzərə almır və münaqişənin sülh yolu ilə həlli üçün danışıqlardan imtina edir. Mürrey bunun Ukraynanın demokratik ölkə olmadığını göstərdiyini qeyd edib.
Qeyd edək ki, daha əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski ölkənin Müstəqillik Günü münasibətilə çıxışında rusların ukraynalıları vaxtilə “kiçik qardaş” hesab etdiyini, lakin “həyatın sübut etdiyini – bizim onlarla yad olduğumuzu” bildirmişdi.

















