Qəzadan sonra Rusiya və Qazaxıstan hadisənin MDB-nin Dövlətlərarası Aviasiya Komitəsi (Dövlətlərarası Aviasiya Komitəsi 1991-ci ilin dekabrında 12 yeni müstəqil dövlət arasında Mülki aviasiya və hava məkanından istifadə haqqında dövlətlərarası saziş əsasında yaradılıb) tərəfindən araşdırılmasını təklif edib.
1xeber.media APA-ya istinadən xəbər verir ki, Azərbaycan bu təklifdən imtina edib.
Rəsmi Bakı hadisənin beynəlxalq ekspertlər və “Embraer” mütəxəssislərindən ibarət qrup tərəfindən araşdırılmasını tələb edir.
Azərbaycan hesab edir ki, “qara qutu”ların oxunması da bu qrup tərəfindən təmin olunmalıdır.