Yaponiyanın Suzuki avtomobil şirkətinə 40 ildən çox rəhbərlik edən Osamu Suzuki 94 yaşında limfoma xəstəliyindən vəfat edib.
1xeber.media xəbər verir ki, bu barədə dekabrın 27-də avtomobil şirkətinin mətbuat xidməti məlumat yayıb.
Top-menecer dekabrın 25-də vəfat edib. Osamu Suzuki-nin əsas uğurlarından biri Suzuki-ni dünyanın ən böyük kompakt avtomobil istehsalçılarından birinə çevirməsidir. Onun rəhbərliyi altında şirkət xaricdə genişlənməyə başladı və Avstraliya, Hindistan və Pakistan da daxil olmaqla bir çox bazarlara daxil oldu.
O, 1958-ci ildə Suzuki-nin qurucularından birinin qızı ilə evləndikdən sonra şirkətə qoşulub. Suzuki ailəsində kişi varis olmadığı üçün Osamu arvadının soyadını götürüb. 1978-ci ildə o, şirkətin prezidenti oldu və 2000-ci ildə bu vəzifəni Suzuki Motor Korporasiyasının sədri postu ilə əvəz etdi, 2021-ci ildə Suzuki Osamu Suzukinin təqaüdə çıxdığını və bu vəzifənin oğlu Toşihiro Suzukiyə verildiyini elan etdi.