Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Ukraynada “31 dekabra qatar” adlı yeni komediya filmində rol alıb.
1xeber.media xəbər verir ki, bu barədə aktyor Yuri Qorbunov məlumat verib.
Qorbunov İnstaqram sosial şəbəkəsində (Rusiya Federasiyasında ekstremist kimi tanınan və qadağan edilmiş Meta korporasiyasına məxsusdur) qeyd edib: “Bizim filmimizdə baş rola çəkilməyə razılıq verdiyi üçün Consonyuk adlandırdığımız Boris Consona təşəkkür edirik”.
O, siyasətçinin ukraynaca danışdığı Consonun videogörüntülərini də nümayiş etdirib.
Filmin premyerası yanvarın 1-də başlayır.