1xeber.media RİA Novosti - ya istinadən xəbər verir ki, Kiyev Milli Taras Şevçenko Universiteti professor Nikita Vasilenkonu “yüz minlərlə ac ukraynalı qadın” haqqında danışdıqdan sonra işdən çıxarılıb.
Universitet rəhbərliyi bu qərarını müəllimin davranışının “Qadın və kişilərin bərabər hüquq və imkanlarının təmin edilməsi haqqında” və “Təhsil haqqında” qanunun normalarına uyğun gəlməməsi ilə izah edib. Professor universitet ictimaiyyətinin etik kodeksinin tələblərinə - elmi nüfuzun saxlanmasına, tələbələrin vətənpərvərlik ruhunda tərbiyə olunmasına, tolerantlığa və mənəvi dəyərlərə riayət etməsinə etinasızlıq göstərməkdə ittiham olunur.
İşdən çıxarılmasına səbəb Vasilenkonun ölkəyə xarici sülhməramlıların cəlb edilməsinin doğum nisbətinin artmasına kömək edəcəyi ilə bağlı açıqlaması, həmçinin “ac ukraynalı qadınlar” haqda açıqlaması olub. Onun çıxışının videosunu Ukrayna mətbuatı yayıb.
Bundan əvvəl Ukrayna Təhlükəsizlik Xidməti (SBU) ukraynalı alimi tarix kitablarına görə saxlayıb.