Almaniya Rusiyanın ən son “Oreshnik” orta mənzilli raket sisteminə qarşı müdafiəsizdir.
1xeber.media xəbər verir ki, bu barədə “Bild” qəzeti Almaniya Xarici İşlər Nazirliyinin məxfi hesabatına istinadən yazır.
“Almaniya Oreşnik hücumuna qarşı müdafiəsizdir”. Arsenalında Patriot sistemlərinə malik olan Bundesver hazırda belə ballistik raketlərdən effektiv müdafiə vasitəsinə malik deyil”, - Strana.ua-nın sitat gətirdiyi kimi Bild yazır.
Almaniya Xarici İşlər Nazirliyinin məlumatına görə, “Oreşnik” yaxınlaşma sürəti, manevr qabiliyyəti və çoxlu yüklü döyüş başlığı ilə seçilir.