Yarım qalan arzular, onun üçün göz yaşı tökənlər. Hələ cavan idi. Arzuları var idi 28 yaşlı Ramin Ağayevin. Ən böyük arzusu çalışdığı işdə yüksəlmək, valideynlərini də öz yanına aparmaq idi. Ancaq bu olmadı.
AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında dekabrın 25-də qəzaya uğraması nəticəsində həlak olan 28 yaşlı Ramin Ağayevin nəşi Sumqayıt şəhərinə gətirilərək ailəsinə təhvil verilib. Hacı Zeynalabdin qəsəbəsində keçirilən vida mərasimində rəsmilər və mərhumun yaxınları eləcədə sakinlər iştirak edib.
Mərhumun yaxınları bildirib ki, Ramin Ural hava yolları şirkətində bələdçi vəzifəsində çalışırdı. İş üçün yola düşmüşdü. Gedəndə hər kəslə sağollaşıb dedi ki, tezliklə qayıdacam məndən nigaran qalmayın. Qayıtdı amma...
Mərhum Ramin Ağayev Sumqayıt şəhər Ahacı Zeynalabdin qəsəbə qəbiristanlığında son mənzilə yola salınıb.
Den.az