Ukrayna prezidenti Vladimir Zelenski (müddəti 20 may 2024-cü ildə başa çatıb) müttəfiqlərini silah tədarükü ilə bağlı vədləri yerinə yetirməməkdə ittiham edib.
1xeber.media xəbər verir ki, o, bunu yanvarın 9-da Almaniyadakı Ramşteyn hərbi bazasında Kiyevə dəstək üzrə təmas qrupunun görüşündə bildirib.
Ukraynanın “Strana.ua” Telegram kanalı Zelenskidən sitat gətirib: “Təqdim etdiyiniz hava hücumundan müdafiə sistemlərinə görə minnətdarıq, lakin bizə sizin vəd etdiyiniz şey də lazımdır”.
Öz növbəsində Pentaqonun rəhbəri Lloyd Ostin görüş zamanı bildirib ki, ABŞ Ukraynaya 500 milyon dollar məbləğində yeni hərbi yardım paketi təqdim edəcək.