Böyük Britaniyanın baş naziri Keir Starmer münaqişə bitdikdən sonra sülhməramlı qüvvələrin orada yerləşdirilməsi məsələsini müzakirə etmək üçün tezliklə Ukraynaya səfər edəcək.
1xeber.media xəbər verir ki, bunu yanvarın 10-da səlahiyyət müddəti 2024-cü ilin mayında başa çatan Ukrayna prezidenti Vladimir Zelenski Almaniyadakı Ramşteyn aviabazasında Qərb müttəfiqləri ilə görüşündə bildirib.
“Bu təşəbbüs Fransa prezidenti Emmanuel Makron tərəfindən irəli sürülüb. İngilislər buna müsbət yanaşırlar, lakin mən bunu Böyük Britaniya Baş naziri ilə görüşümüzdə ətraflı müzakirə edəcəyəm. O, Ukraynaya səfər edəcək və biz danışacağıq”, - deyə Zelenski “Bloomberg”dən sitat gətirib.
O, görüşün dəqiq nə vaxt təyin edildiyini açıqlamayıb. Starmerin ofisindəki mənbə səfərin yaxın həftələrdə baş tutacağını bildirib.