Mərkəzi Bankın məlumatına görə əhalinin banklardakı əmanətlərinin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,7 faiz artaraq 2024-cü il dekabr ayının 1-nə milli valyuta ekvivalentində 14 milyard 235,6 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən 1xeber.media bildirilib ki, əmanətlərin 65,9 faizi milli, 34,1 faizi xarici valyutada qoyulub, xarici valyutada qoyulmuş əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,2 faiz, milli valyutada olan əmanətlərin məbləği isə 13,9 faiz artıb.
Dekabr ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 avroya 1,78 (1,84) manata, 100 türk lirəsinə 4,86 (5,18) manata, 100 rus rubluna 1,64 (1,84) manata bərabər olub.