ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp TikTok tətbiqinin ABŞ-da qadağan edilib-edilməməsi ilə bağlı son sözü deyəcəyini bildirib.
1xeber.media xəbər verir ki, bu barədə CNN-ə siyasətçi bildirib.
“Nəhayət, hər şey məndən asılıdır, ona görə də nə edəcəyimi görəcəksiniz”, - Respublikaçı bildirib.
O, əlavə edib ki, Ali Məhkəmə TikTok-u qadağan edən qanunu dəstəkləməsinə baxmayaraq, ABŞ Konqresi ona məsələ ilə bağlı qərar vermək hüququ verib.
Qeyd edək ki, bundan əvvəl Tramp Çin prezidenti Si Cinpinlə telefon danışığı aparıb. Siyasətçi bildirib ki, çinli həmkarı ilə ABŞ-da TikTok-a qadağa, eləcə də ticarət balansı və fentanilin paylanması məsələlərini müzakirə edib.