Gürcüstanın 2024-cü ildə turizmdən əldə etdiyi gəlir rekord göstəricidir - 4,4 milyard dollardan çoxdur.
1xeber.media xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin iclasında deyib.
"Turizm sahəsində çox yaxşı nəticələr əldə etdik. 2024-cü ili rekord göstərici ilə başa vurduq. Turizmdən illik gəlir 4,4 milyard dolları ötüb. 2023-cü il hədəflərini 300 milyon dollar keçdik", – o bildirib.