“4-5 gündür ki, rus hərbçiləri kazarmalarının əmlakını Voskepardan (Əskipara – red.) köçürürlər”.
Bunu erməni jurnalist Oskan Sərkisyan yazıb.
O bildirib ki, Voskepar kəndində dövlətlərarası avtomobil yolunun kənarında TIR-lar dayanıb:
“Fikrimcə, TIR-lar modul tipli rus kazarmalarını daşımağa hazırlaşırlar. Voskepar sakinləri bu modulların hara köçürüldüyünü bilmirlər. Bəziləri Ararata, bəziləri isə Rusiyaya köçürüldüyünü düşünürlər.
Rusiya hərbçiləri 2021-ci il avqustun əvvəlində Qızılhacılı kəndinə yerləşiblər. Onlar əvvəlcə kəndin kənarındakı tərk edilmiş evlərin birində yaşayırdılar, sonra modul tipli kazarma qurdular. Bənzər kazarma Berd icmasının Aygepar kəndində, keçmiş kiçik hava limanının ərazisində də yığılıb. Azərbaycanla sərhədin həmin hissəsində demarkasiya işlərində rus hərbçilərinin iştirak etməli olduğu güman edilirdi, lakin onlar bu prosesdə iştirak etməyiblər”, – O.Sərkisyan qeyd edib.