Rusiya lideri Vladimir Putin Yaponiya üzərində qələbənin 80-ci ildönümünü qeyd etmək üçün Pekinə dəvət olunub.
1xeber.media TASS-a istinadən xəbər verir ki, bu barədə prezidentin köməkçisi Yuri Uşakov bildirib.
“Çin tərəfi Yaponiya üzərində qələbənin və İkinci Dünya Müharibəsinin başa çatmasının 80 illiyinə həsr olunmuş tədbirlər keçirəcək. Bu tədbirlər sentyabrın 3-də Pekində baş tutacaq və Rusiya lideri də bu tədbirlərdə iştirak etmək üçün dəvət alıb”, - Kremlin sözçüsü bildirib.