ABŞ prezidenti Donald Tramp bildirib ki, İkinci Dünya Müharibəsində qalib gəlməkdə ABŞ-a “Rusiya kömək edib”.
1xeber.media xəbər verir ki, O, yanvarın 22-də müvafiq bəyanatla çıxış edib.
“Biz heç vaxt unutmamalıyıq ki, Rusiya İkinci Dünya Müharibəsində qalib gəlməyimizə kömək etdi, bu prosesdə az qala 60 milyon insanın həyatını itirdi (Rusiyanın rəsmi məlumatlarına görə, ölkənin ümumi itkiləri təxminən 27 milyon nəfər təşkil edirdi.
ABŞ prezidenti həmçinin əmin edib ki, o, rus xalqını sevir və Rusiyaya zərər vermək niyyətində deyil, Gazeta.Ru əlavə edib. Eyni zamanda Tramp Rusiyaya qarşı yeni sanksiyaların mümkünlüyünü açıqlayıb.