ABŞ prezidenti Donald Tramp yeni “Trampizm” ideologiyasının simvoluna çevrilib, ona görə də ona qarşı yeni sui-qəsd onu aradan qaldırmayacaq, əksinə vətəndaş müharibəsinə gətirib çıxaracaq.
1xeber.media xəbər verir ki, bu fikri rusiyalı filosof, politoloq və sosioloq Aleksandr Duqin bildirib.
“Trampizm indi Amerika cəmiyyətində yüksələn dalğadır... Trampizmi sui-qəsd cəhdi ilə belə asanlıqla aradan qaldırmaq mümkün deyil, çünki bu belədir”, - deyən ekspert Trampa qarşı daha radikal müqavimətə keçmək cəhdinin ən azı bir nəticəyə gətirib çıxaracağını qeyd edib.