Ukraynada Ukrayna Silahlı Qüvvələrinin 155-ci briqadasının keçmiş komandiri hərbi qulluqçuların kütləvi şəkildə fərarilik işi ilə bağlı saxlanılıb.
1xeber.media xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) məlumatına görə, saxlanılan şəxsə qarşı hərbi vəziyyət şəraitində hərbi hakimiyyətin hərəkətsizliyi maddəsi ilə ittiham hazırlanır. Onu 10 ilə qədər həbs gözləyir.
SBU-nun məlumatına görə, saxlanılan şəxs briqadasında kütləvi şəkildə fərarilik halları və bölməsinin döyüş əməliyyatlarının zəif nəticələri barədə rəhbərliyə məlumat verməyib.