Moskva çətin ki yaxın zamanlarda Ukraynaya qarşı müharibəyə görə danışıqlarda iştirak etsin.
1xeber.media xəbər verir ki, bu iddia ilə Müharibə Tədqiqatları İnstitutu çıxış edib.
“Putin böyük ehtimalla dövlət televiziyasına müsahibəni ictimaiyyətə Rusiyanın yaxın gələcəkdə danışıqlara getməyəcəyi və müharibənin tezliklə bitməyəcəyi siqnalını vermək üçün istifadə edib” – deyə institutun açıqlamasında yer alıb.
Bununla belə məqalədə o da bildirilib ki, Putin bu müsahibə ilə müharibəni bitirmək istəyən elitaya da təsir etmək istəyib. Onun elitaya heç bir sürətli yolun sülhə gətirib çıxarmayacağı mesajını verdiyini bildirilib.
Qeyd edək ki, Tramp bundan öncə Putini təcili müharibəni bitirməyə çağırmışdı. O, Ukraynanın buna hazır olduğunu, hazırda seçimin Rusiyada olduğunu söyləyib.