Şağan qəsəbəsində yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
Xəzər RETSİ-nə (rayon enerji təchizatı və satışı idarəsi) daxil olan Şağan qəsəbəsinin bir sıra hissəsində köhnə naqillərin yenilənməsi işləri ilə əlaqədar noyabrın 7-də elektrik xətləri sifarişə əsasən açılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan saat 15:00-dək qəsəbənin bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Qurumdan 1xəbər.media-ya verilən məlumata görə təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.