Qubada tələbə qız anidən vəfat etdi
1xeber.media xəbər verir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının 3-cü kurs tələbəsi, Qubanın Rustov kəndinin sakini 19 yaşlı Ləman Osmanova yaşadığı evdə ürəktutmadan dünyasını dəyişib.
Yaxınlarının verdiyi məlumata görə Ləman çox bacarıqlı və savadlı qız olub. Təlim tərbiyəsi ilə hər zaman seçilib. Ailələrində də hər hansı bir problem olmayıb.
Qeyd edək ki, bədbəxt hadisə noyabrın 17 də axşam saatlarında baş verib.
Allah rəhmət eləsin!
Faktla bağlı araşdırma aparılır.