Xuliqanlıq və dələduzluqda ittiham olunan hüquq müdafiəçisi Rüfət Səfərov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən məhkəməyə vəsatət daxil olub.
1xeber.media APA-ya istinadla xəbər verir ki, təqdimata bu gün Binəqədi rayon Məhkəməsində baxılacaq.
Xatırladaq ki,Rüfət Səfərov dekabrın 3-də saxlanılıb.
Binəqədi rayon Polis İdarəsində ona qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.