1xeber.media xəbər verir ki,Medianın İnkişafı Agentliyi öz rəsmi Facebook səhifəsində “Neftyanoye delo” məcmuəsi ilə bağlı maraqlı paylaşım edib.
Paylaşımda bildirilir ki, əsası Neft Sənayeçiləri Qurultayı Şurası tərəfindən 10 yanvar 1898-ci ildə qoyulmuş “Neftyanoye delo” (Neft işi) məcmuəsi ilk dövrdə qəzet kimi nəşr olunsa da, 21-ci buraxılışından etibarən jurnal formasında çap olunmağa başlamışdır.
Jurnalın nəşri Bakı Xalq Komissarları Sovetinin qərarına əsasən 1918-ci ilin may ayında dayandırılsa da, Azərbaycan Demokratik Respublikası yarandıqdan sonra – həmin ilin sentyabr ayında bərpa edilmişdi.
“Neftyanoye delo”nun bu ad ilə sonuncu sayı 1920-ci il aprelin 30-da işıq üzü görmüşdü və may ayından etibarən Azərbaycan SSR Xalq Komissarları Şurasının sərəncamı ilə jurnalın adı dəyişdirilərək “Azərbaycan neft təsərrüfatı” adlandırılmışdı.