Güney, Quzey Azərbaycan və İraq türkləri bir bütövün parçalarıdır.
1xeber.media xəbər verir ki, bunu əməkdar elm xadimi, professor Qəzənfər Paşayev “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumu çərçivəsində "Ortaq dəyərlər: tarix və mədəniyyət izləri" adlı panel müzakirədə deyib.
Bildirilib ki, Azərbaycan daim kərküklülərin qəlbində olub.
"Türkmaneli" qəzetinin baş redaktoru, yazıçı-jurnalist, tarixçi Necat Kevsəroğlu isə Qarabağa səfər təəssüratlarını bölüşüb:
"Azad olunmuş ərazilərdə gedən bərpa-quruculuq işləri məni heyrətə gətirdi. Modern otellər, evlər və yollar Azərbaycanın iradəsinin və gücünün göstəricisidir".
Türkmaneli Federasiyası dərnəklərinin sədri Mehmet Tütüncü Kərkükdə Azərbaycan universitetinin yaradılmasına dəstək verilməsini istəyib
"Səlahiyyətli şəxslərdən xahiş edirəm ki, bu mövzulara diqqət etsinlər. Bu məsələdə Azərbaycanın da dəstəyi bizim üçün önəmlidir. Bundan başqa, türkmanların gəlib Azərbaycanda oxumaları, azərbaycanlıların orada oxumaları, araşdırmaları, əsərlər yazmaları bizim gələcəyimizə işıq tutacaq".