Lavrov Türkiyə Xarici İşlər Nazirliyinin rəhbərinə zəng edib
Rusiyanın xarici işlər naziri Sergey Lavrov çərşənbə günü, noyabrın 13-də türkiyəli həmkarı Hakan Fidanla telefonla danışıb. Bu barədə RİA Novosti türk diplomatik mənbəsinə istinadən məlumat yayıb.
1xeber.media xəbər verir ki, bundan əvvəl Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri bildirib ki, Ukraynadakı münaqişənin Ukraynanın ərazi bütövlüyü çərçivəsində ədalətli həlli tapılmalıdır. Nazir Türkiyənin “hər iki tərəflə xüsusi əlaqələri” olduğunu vurğulayıb.
Oktyabrda Türkiyənin Maliyyə Nazirliyinin rəhbəri Mehmet Şimşək demişdi ki, Ankara Qərbin sanksiyalarına baxmayaraq, Rusiya ilə münasibətləri dayandıra bilməz. O qeyd edib ki, Ankara ikinci dərəcəli sanksiyalara məruz qalmamaq üçün son dərəcə ehtiyatlı davranmağa başlayıb.