Zəfərin 4-cü ili Şuşada qeyd olundu
8 noyabr - Zəfər günü münasibətilə Şuşa şəhərində yürüşü keçirilib.
Ərazidə xidmət edən N saylı hərbi hissənin şəxsi heyətinin iştirak etdiyi parad hərbi orkestrin sədaları ilə müşayiət olunub.
Şəhərin mərkəzindən başlayan bayram yürüşünə yerli ictimaiyyət nümayəndələri, hüquq mühafizə orqanlarının əməkdaşları, o cümlədən gənclər və tələbələr də iştirak edib. Zəfər yürüşü qala divarlarının yanında başa çatıb