Otuz il ərzində Ermənistan Azərbaycana qarşı təcavüzkar və işğalçılıq siyasətini daim digər ölkələrin hərbi və siyasi dəstəyi ilə həyata keçirib. Bu ölkə hazırda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək əvəzinə silahlanmaya üstünlük verir. Bu, Ermənistan üçün çox təhlükəli tendensiyadır. İşğalçı ölkəni Azərbaycana qarşı növbəti müharibəyə hazırlayan ABŞ və Fransa Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunmasında maraqlı deyil.