Hikmət Hacıyev ekoloji terrorla bağlı kadrlar paylaşdı-VİDEO
Ermənistan 30 illik işğal dövründə milli-mədəni irsimizə, eləcə də istər tarixi abidələrimizə, istərsədə ecazkar təbiətimizə qarşı daima təcavüzkarlıq ediblər. Sanki öz missiyalarını dağıtmaq və talamaqda görüblər. Azərbaycana qarşı ekoloji terror törədən ünsürlərin bu qədər qəddar və amansız hərəkət etmələri öz xislətlərinə sadiqlikdən irəli gəlirdi.
1xeber.media xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” səhifəsində ermənilərin ekoloji terroru ilə bağlı kadrlar paylaşıb.
Paylaşımda qeyd olunub:
“Son dövrlərdə Ermənistanın hərbi işğalından azad edilmiş Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələri sıfır emissiya və yaşıl enerji zonası elan edilib. 30 il davam edən hərbi işğal bölgənin ekosisteminə ciddi ziyan vurub. Əgər Ermənistanın hərbi işğalı olmasaydı, Azərbaycan yaşıl enerji sahəsində daha böyük nailiyyətlərə imza atardı”
Recently liberated from Armenia’s military occupation Karabakh and Eastern Zangazur regions of Azerbaijan have been declared net zero and green energy zones. 30 year long military occupation inflicted serious damage to the entire ecosystem of the region. If not Armenia’s military occupation Azerbaijan would have achieved even far better green energy goals and objectives. #COP29 #COP29Azerbaijan
PA rəsmisinin paylaşımı təqdim edirik: