Azərbaycanın İraqdakı səfiri Nəsir Natiq oğlu Məmmədov geri çağırılıb. Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
Nəsir Məmmədov təxminən 2 ay öncə gündəmə gəlmişdi. Globalinfo.az bu gənc və perspektivsiz diplomatla bağlı araşdırma dərc etmişdi. Məqalədə elə faktlar yer almışdı, oxuduqca adam dəhşətə gəlirdi.
Sən demə, Nəsir Məmmədov diplomat və səfir kimi ona tapşırılan vacib dövlət vəzifəsini bir kənara atıb, viza alveri edirmiş. Sözün əsl mənasında, diplomatik nümayəndəliyi bazara çeviribmiş. Necə?
Oktyabrın 20-də çıxan yazıda mötəbər mənbələrə istinadla bildirilirdi ki, səfirlikdə hər il viza alverindən milyonlarla vəsait mənimsənilir.
Təsəvvür edin, viza rüsumu 20 dollar olduğu halda səfirlik saxta “vasitəçi şirkət”in əli ilə vizanı 500 dollara satırmış. İraq səfirliyində il ərzində təxminən 5 min viza verilir, bu da yekunda 2-3 milyon dollar aralığında qara dövriyyə deməkdir.