Çeçenistan hakimiyyəti bir gün əvvəl bildirmişdi ki, Ramzan Kadırovun göstərişi ilə onlar Bakıdan Qroznıya uçan AZAL təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların və yaralananların ailələrinə maddi və digər yardım göstərməyə hazırdırlar.
1xeber.media xəbər verir ki, Azərbaycan Prezident Administrasiyasından Day.az-a bildirilib ki, ölkənin heç bir köməyə ehtiyacı yoxdur və belə bir köməyi qəbul etməyəcək.