Xabarovsk Hava Yollarına məxsus An-24 sərnişin təyyarəsi Nelkan hava limanında uçuş cəhdi zamanı (Xabarovsk diyarı) uçuş-enmə zolağından çıxıb və kolluqlara girib.
1xeber.media xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Bildirilib ki, hadisə zamanı təyyarədə 20 sərnişin və üç ekipaj üzvü olub. Onların heç biri xəsarət almayıb. Xüsusən də yanğının qarşısını almaq mümkün olub.
Hazırda hadisənin səbəbləri müəyyənləşdirilir.