İndi bütün dünyanın bu telefon danışığından bir növ şok vəziyyətinə düşməsi və buna qeyri-adi bir şey kimi baxması məni təəccübləndirir.
1xeber.media xəbər verir ki, bu sözləri Rusiya XİN rəhbəri Sergey Lavrov ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putinin 12 fevralda baş tutan telefon danışığı haqda deyib.
“Avropa ölkələri dünya ilə ünsiyyət üsulu kimi dialoq və diplomatiyadan çoxdan imtina edib, təhdid dilini, sanksiyanı və Kiyevi silahlandırmanı əsas götürüblər”, - o bildirib.