Gecə saatlarında İstanbulun bir çox rayonunda səma çəhrayı buludlarla əhatə olunub.
1xeber.media xəbər verir ki, qar yağdıqdan sonra əmələ gələn çəhrayı buludların görüntüləri sosial mediada paylaşılıb.
Həyəcan və maraq doğuran çəhrayı buludların necə əmələ gəldiyi sual doğurub. Çox keçməyib ki, göydə görünən çəhrayı bulud kütləsinin təbii bir hadisə olmadığı anlaşılıb.
Belə ki, "Galatasaray"ın "Rams Park" stadionunda keçiriləcək "Galatasaray" - "AZ Alkmaar" matçı öncəsi istifadə edilən işıqlandırma səmada maraqlı görüntünün yaranmasına səbəb olub.