Nazir gecə klubunda sərxoş halda rəqs etdi
Rusiyanın Tuva Respublikasının idman naziri Subudai Monquş Monqolustanda ziyafətdə sərxoş halda rəqs edib və videoya düşüb.
1xeber.media xəbər verir ki, bu barədə Rusiyanın Telegram kanalları məlumat yayıb.
Təqdim olunan videoda nazirin gecə klubunda necə əyləndiyi əks olunub. Onun hərəkətlərini dostu telefon kamerasına yazıb.
Respublika sakinləri qeyd ediblər ki, nazir Rusiya və Tuvanı dövlətdən kənarda yersiz şəkildə təmsil edir. Nəşrin məlumatına görə, 34 yaşlı Monquşun vəzifəsindən uzaqlaşdırılacağı ehtimal edilir.
Tuva rəhbəri hələ ki, tabeliyində olan işçi ilə bağlı vəziyyəti şərh etməyib.