“Paşinyan tarixə iki nömrəli Zelenski kimi düşəcək”.
1xeber.media xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavin Viktor Vodolatski deyib.
"Ermənistanda kilsəyə təzyiq onun baş nazirinin axtardığı vətəndaş müharibəsinə gətirib çıxaracaq, Paşinyanın Cənubi Qafqazda vəziyyəti gərginləşdirməyə çalışan Qərb müşavirləri onun üçün qərarlar qəbul edirlər və onlar üçün ən yaxşı variant, onun fikrincə, vətəndaş müharibəsidir. Sakinlər küçələrə çıxacaq. Çünki ermənilər çox Qərb kuratorları tərəfindən tapdalanmaq üçün sadəcə olaraq öz inanclarını və mənəvi liderini təslim etməyəcəklər", - deyə
Paşinyan bundan əvvəl Erməni Apostol Kilsəsinin rəhbəri, bütün ermənilərin katolikosu II Qaregini Eçmiədzindəki iqamətgahından qovacağı ilə hədələyib.