ABŞ prezidenti Donald Tramp sentyabrın 25-də Ağ Evdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı qəbul edəcək.
1xeber.media xəbər verir ki, bu barədə Tramp "Truth Social” səhifəsində məlumat yayıb.
"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı sentyabrın 25-də Ağ Evdə salamlamaqdan məmnunam. Prezidentlə mən çoxsaylı ticarət və müdafiə sazişləri üzərində işləyirik", - deyə Tramp qeyd edib.
Amerika liderinin sözlərinə görə, danışıqlara irimiqyaslı “Boeing” təyyarələrinin alınması, F-16 döyüş təyyarələri üçün böyük sövdələşmə, F-35-lə bağlı müsbət yekunlaşması gözlənilən danışıqların davam etdirilməsi daxildir.
Tramp həmçinin qeyd edib ki, onun Ərdoğanla hər zaman çox yaxşı münasibəti olub.