1xeber.media xəbər verir ki, Rusiya Federasiyası Baş nazirinin birinci müavini, “Roskosmos” Dövlət Korporasiyasının Müşahidə Şurasının sədri Denis Manturov cümə günü, keçirilən əməliyyat iclasında yeni baş direktor Dmitri Bakanovu qurumun rəhbərliyinə təqdim edib.
Manturov xatırladıb ki, yeni baş direktor əvvəllər dövlət korporasiyasının strukturunda işləyib və Qonets peyk sisteminin inkişafına cavabdeh olub. Belə ki, Bakanov iş prosesinin nüanslarına bələddir və bir çox məsələlərdə dərin təcrübəyə malikdir.
“Biz artıq Dmitri Vladimiroviçlə vurğulanmalı olan əsas məsələləri müzakirə etmişik. Hökumət də öz növbəsində bütün lazımi dəstəyi verəcək”.