ABŞ prezidenti Donald Tramp bildirib ki, Rusiya lideri Vladimir Putinlə telefon danışığı zamanı təkcə siyasi məsələlər deyil, həm də İkinci Dünya Müharibəsində ABŞ və SSRİ-nin birgə mübarizəsi müzakirə olunub.
1xeber.media xəbər verir ki, bu barədə siyasətçi Truth Social sosial şəbəkəsindəki hesabında yazıb.
“Biz həm ölkələrimizin böyük tarixini, həm də İkinci Dünya Müharibəsində necə uğurla vuruşduğumuzu xatırladıq, Rusiyanın on milyonlarla insan itirdiyini, biz də öz növbəmizdə çox böyük itkilər verdiyimizi xatırladıq”, - dövlət başçısı yazıb.